Cənubi Koreya Prezidenti hərbi vəziyyətə görə üzr istəyib

Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyət elan etmək qərarına görə xalqdan üzr istəyib.
Adalet.az xəbər verir ki, o bu barədə xalqa müraciətində bildirib.
“Hərəkətlərimə görə dərin üzr istəyirəm”, – o, canlı televiziya müraciətində deyib və təzim edib. Yun Sok Yol həmçinin öz hərəkətlərinə görə məsuliyyət daşıyacağını və cəza olacağı təqdirdə bundan yayınmağa çalışmayacağını vəd edib: “Mən hərbi vəziyyətin elan edilməsi ilə bağlı hərəkətlərimə görə siyasi və hüquqi məsuliyyətdən yayınmağa çalışmayacağam”.
O həmçinin yenidən hərbi vəziyyət elan etməyəcəyini vurğulayıb. Belə ki, son günlər Cənubi Koreyanın siyasi dairələrində və KİV-də belə bir ehtimal fəal müzakirə olunurdu.
Digər Xəbərlər

Sərhədlərin açılması üçün Türkiyə tərəfi ilə görüşəcəklər

Melaniya Tramp Kiyevdə birinci xanımların sammitində iştirak etməyəcək

Simonyana xərçəng diaqnozu qoyuldu

İsrail XİN Qəzzada atəşkəs təklifini qəbul etdiklərini bəyan edib

Rusiya-Ukrayna müharibəsində 92 amerikalı hərbçi öldürülüb

Yerusəlimdə terror aktı törədilib - Ölənlər var

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
