29 Dekabr 2024 13:07
352
DÜNYA

Təyyarə qəzasında 151 nəfərin ölümü təsdiqləndi - Cənubi Koreyada

Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 151 nəfərin öldüyü təsdiqlənib.

Adalet.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

***10:56

Cənubi Koreyada təyyarənin qəzaya uğraması nəticəsində 124 nəfər həlak olub. 

Adalet.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

***09:23

Cənubi Koreyada 175 sərnişin və 6 ekipaj üzvü olan təyyarə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb.

Qəzadan cəmi 2 nəfər sağ çıxıb. 85 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlər isə ölmüş hesab olunur.

Bildirilib ki, təyyarənin yanmış qalıqları arasında kiminsə sağ çıxması real hesab olunmur. Hazırda cəsədlərin müəyyən edilməsi işləri aparılır.

İlkin məlumatlara görə, qəza quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbindən baş verib. Ekipaj təyyarəni təhlükəsiz şəkildə yerə endirməyə çalışsa da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı konstruksiyaya çırpılıb. Nəticədə yanğın baş verib. Qəza yerində xilasetmə işləri davam etdirilir.