Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavə veriləcək.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın (qurumun) hesabına köçürüləcək. Həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
03 Oktyabr 2026 13:44
Bu yolda maşınların hərəkəti qadağan ediləcək- 15 oktyabrdan
03 Oktyabr 2026 13:20
Bazar günü dolu düşəcək, qar yağacaq
03 Oktyabr 2026 13:19
Sabah bu prospektdəki yolötürücüsündə müayinə aparılacaq
03 Oktyabr 2026 11:23
ADY yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə çağırış etdi
03 Oktyabr 2026 00:13
Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 İL ÖTÜR
03 Oktyabr 2026 00:06
Bu yolda sürət həddi endirildi
02 Oktyabr 2026 20:47
DTX-nin adından istifadə edərək sənətçinin pulunu ələ keçiriblər - VİDEO
02 Oktyabr 2026 20:11


Bakı -°C

