Çexiya–Türkiyə oyununun hakimləri açıqlandı
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının III turunda Çexiya–Türkiyə komandaları arasındakı oyun üçün hakim təyinatları açıqlanıb.
Adalet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Hamburqda baş tutacaq görüşün referisi rumıniyalı İştvan Kovaç olacaq. Ona həmyerliləri Vasile Marinesku və Ovidiu Artene kömək edəcəklər. Dördüncü hakim funksiyasını norveçli Espen Eskas yerinə yetirəcək.
VAR-da isə polşalı Tomasz Kviatkovski olacaq.
Qeyd edək ki, iyunun 26-da baş tutacaq Çexiya–Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Digər Xəbərlər
17 Mart 2026 17:24
Azərbaycan çempionatında növbəti üç turun oyun cədvəli
17 Mart 2026 12:36
Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı
17 Mart 2026 09:10
Çempionlar Liqası: "Siti" "Real"la, "Çelsi" PSJ ilə oyunda möcüzə axtarışında
16 Mart 2026 13:02


Bakı -°C

