Ceyhun Bayramov: Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat paylaşıb.
Telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində yaranmış vəziyyət müzakirə olunub.
Bildirilib ki, İranın xarici işlər naziri İsrail Dövləti tərəfindən həyata keçirilmiş hücum, eləcə də İran tərəfindən atılan addımlar barədə məlumat verib.
Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb. Nüvə obyektlərinin ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğu vurğulanıb. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb.
Bununla yanaşı, Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən, qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.
İranın hava məkanının bağlı olduğu nəzərə alınaraq, Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın nümayəndələrinə keçid üçün şərait yaradıldığı barədə məlumat verilib.
Münaqişənin geniş bölgəyə yayılması təhlükəsini nəzərə alaraq, diplomatik səylərin bərpa edilməsinin əhəmiyyəti bir daha qeyd olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM EDİB - FOTO

Ərdoğan Prezident İlham Əliyevə ZƏNG ETDİ

İlham Əliyev: Britaniya şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edirlər

Vəhdət Partiyasının növbədənkənar VI Qurultayı keçirildi

İlham Əliyev Britaniya Kralını təbrik edib

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib - FOTOLAR

Milli qurtuluş Azərbaycanın yeni tarixinin dönüş nöqtəsidir
