Ceyhun Bayramov: Bu gün danışıqların gündəliyi kifayət qədər geniş və çox aktualdır

Azərbaycan və Qazaxıstan bu gün Astanada Xarici İşlər Nazirliklərinin (XİN) nümayəndə heyətlərinin görüşü çərçivəsində gündəlikdəki bir çox aktual məsələləri müzakirə etmək niyyətindədirlər.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə geniş tərkibdə danışıqların başlanmasından əvvəl bildirib.
"Bizim hər birimiz üçün Qazaxıstanda olmaq böyük sevinc hissidir. Mən ölkənizə kifayət qədər tez-tez gəlirəm. Bu gün danışıqların gündəliyi kifayət qədər geniş və çox aktualdır", - C.Bayramov bildirib.
Nazir, həmçinin həmkarlarını və bütün Qazaxıstan xalqını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.
Öz növbəsində Qazaxıstanın XİN başçısı Murat Nurtleu azərbaycanlı həmkarını və onu müşayiət edən nümayəndə heyətini Ramazan ayında qarşılamaqdan məmnun olduğunu qeyd edib.
"Bu gün geniş spektrli məsələləri, o cümlədən birgə layihələri və Xəzərin problemlərini müzakirə edəcəyik", - o bildirib.
Digər Xəbərlər

İlham Əliyev Qordana Silyanovska-Davkovanı belə qarşıladı - VİDEO

Cinayətlərə haqq qazandıran cəhdləri qınayırıq - BƏYANAT

Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşdü - FOTOLAR

Prezidentdən Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlı FƏRMAN

"Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır" - Şimali Makedoniya Prezidenti

"Dövlət qurumları sıx təmasda olmalıdırlar" - Prezident

"Avropa Azərbaycan qazına ehtiyac duyur" - İlham Əliyev
