Ceyhun Bayramov Fələstinin səfirini qəbul etdi
Xarici işlər naziri Ceyhun Bayramov Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhmanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir Ceyhun Bayramov ölkədə səmərəli diplomatik fəaliyyətinə, Azərbaycan-Fələstin münasibətlərinə verdiyi töhfəyə görə səfir Nasir Əbdülkərimə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səfirin ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması münasibətilə nazir səfirə öz təbriklərini çatdırıb və ordeni təqdim edib.
Görüşdə Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran mövzular, habelə regional vəziyyət müzakirə olunub.
İki ölkə arasında siyasi, mədəni, humanitar və s. istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğu, regional və beynəlxalq təşkilatlar çərçivəsində göstərilən qarşılıqlı dəstək məmnunluqla qeyd olunub.
Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən “iki dövlət həllinin” tərəfdarı olduğunu hər zaman dəstəklədiyi, bu istiqamətdə əməli addımlar atdığı diqqətə çatdırılıb. Qəzzada olduqca çətin humanitar vəziyyətin həllinin, atəşkəsə əməl olunmasının əhəmiyyəti görüşdə qeyd olunub.
Səfir Nasir Əbdülkərim 14 ilə yaxın müddətdə Fələstinin dost Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman qürurla xatırlayacağını vurğulayaraq, cənab Prezident tərəfindən ali ordenlə təltif olunması və ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
28 Iyun 2026 19:00
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
28 Iyun 2026 15:18
Milli Məclisin deputatları Ukraynaya səfər edəcəklər
27 Iyun 2026 19:05
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
26 Iyun 2026 18:07
Gücü olan qaydanı qoyur - Səxavət Məmməd yazır
26 Iyun 2026 17:30
Türkiyəli deputat AŞPA-da Azərbaycanı müdafiə etdi
26 Iyun 2026 17:16
Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
26 Iyun 2026 11:41
“Düşmənin bir neçə milyard dollar dəyəri olan hava hücumundan müdafiə sistemlərinin...”
26 Iyun 2026 11:07


Bakı -°C

