Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb
22 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov gürcü həmkarının eyni zamanda Gürcüstan baş nazirinin müavini vəzifəsinə təyin edilməsi münasibəti ilə səmimi təbriklərini çatdırıb və ona faliyyətində uğurlar arzu edib.
Nazirlər bölgədəki son vəziyyəti, eləcə də ikitərəfli münasibətlər gündəliyinə daxil olan müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Digər Xəbərlər
20 Sentyabr 2024 17:09
Kərim Vəliyev NATO Müdafiə Kollecini ziyarət edib
20 Sentyabr 2024 16:59Prezident Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
20 Sentyabr 2024 16:51İlham Əliyev onları təltif etdi
20 Sentyabr 2024 16:45QAİ bəyanat yaydı
20 Sentyabr 2024 15:02