20 Sentyabr 2024 19:13
326
DÜNYA

İrandan İsrailə qarşı yeni müharibə XƏBƏRDARLIĞI

İran HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrailə tezliklə cavab verəcək.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bunu İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xameneinin aparatının rəhbəri Məhəmməd Məhəmmədi Qolpayeqani deyib.

“Gözlənilir ki, sionist rejimin bu addımına tezliklə cavab veriləcək”, - deyə ilahiyyatçı bildirib.