"Hesab etdim ki, Qarabağ Universiteti 20 sentyabrda açılmalıdır" - Dövlət başçısı

"Bu gün, eyni zamanda, Qarabağ Universitetinin açılışıdır. Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir".
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib.
"Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq Sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina yenidən quruldu. Bu bina sovet dövründə Azərbaycan memarları, inşaatçıları tərəfindən inşa edilmişdi. İşğal dövründə bunu erməniləşdirmək üçün müəyyən işlər görülmüşdü. O əlamətlər də tamamilə silindi. Binanın önü açıldı, gözəl bir park yaradıldı. Master-plan hazırlandı, yəni gələcək illərdə, yəqin ki, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcək. Gözəl yataqxana yaradıldı, bu gün tanış olmuşam. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. İndi mənə məlumat verildi ki, 1200 tələbə var. Ölkəmizin hər bir bölgəsindən tələbə var. Yüksək bal toplayan, o cümlədən 600-dən çox bal toplayan tələbələr bizimlə görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər. Müəllim heyəti də formalaşdı. Bilirəm ki, müəllimlər də böyük həvəslə bu işə başlayırlar və ümid edirəm ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bunu etmək üçün bütün imkanlar var. İndi verilən məlumata görə, artıq altı fakültə yaradılıb. Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Yəni, bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Əlbəttə ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər", - deyə dövlət başçısı bildirib.
Digər Xəbərlər
29 Oktyabr 2025 20:32 Prezident daha bir qəbul keçirdi - FOTOLAR
29 Oktyabr 2025 20:18 Sahibə Qafarova Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşdü
29 Oktyabr 2025 20:13 Ölkəmizlə Azərbaycan arasında dünyada bənzəri olmayan bir qardaşlığın şahidiyik - Səfir
29 Oktyabr 2025 19:16 İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul etdi - FOTOLAR
29 Oktyabr 2025 18:21 Azərbaycanın Omandakı səfirliyinin açılışı oldu
29 Oktyabr 2025 17:05 QARABAĞDAN AZAN SƏSİNİ KƏSMƏK İSTƏYƏNLƏRİN ARZUSU GÖZLƏRİNDƏ QALDI
29 Oktyabr 2025 12:41 Milli Məclisdə beynəlxalq parlament konfransı keçirildi - YENİLƏNİB
29 Oktyabr 2025 12:07 

Bakı -°C 






