Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib

28 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Bu barədə Adalet.az-a XİN-dən məlumat verilib.
Görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Azərbaycan və Aİ arasında iqtisadi, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. İki tərəf arasında yüksək səviyyədə təmasların məmnunluq doğurduğu, dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Avropa İttifaqının sülh prosesinə müxtəlif istiqamətlərdə dəstək verməyə hazır olduğunu bildirib.
Nazir Ceyhun Bayramov, öz növbəsində Vaşinqton sammiti zamanı əldə edilmiş tarixi razılıqlar,
Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlər barədə qarşı tərəfə məlumat verib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

Prezident Maqdalena Qrononu qəbul edib - FOTOLAR

İlham Əliyev Çində Qələbə Paradında iştirak edəcək

Azərbaycan səfiri etimadnaməsini Maduroya təqdim edib

Fransa səfirinin diplomatik fəaliyyəti başa çatdı

Ceyhun Bayramovla uqandalı həmkarı arasında görüş keçirilib

Türk dövlətləri ilə iqtisadi əməkdaşlıq dərinləşib

”Hazırlıq işləri göstərir ki, “Ər-Riyad 2025” ən yaddaqalan idman tədbirlərindən biri olacaq” - FOTOLAR
