Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun iştirakı ilə həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Nazirliyin Mətuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, Dövlət Himni səsləndirildikdən sonra Dövlət Bayrağı hərbi marş sədaları altında meydanın mərkəzinə gətirilib, şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ədliyyə sahəsində həyata keçirilən uğurlu islahatlar, o cümlədən, Mühafizə alayının öz vəzifələrini bu gün də layiqincə icra etdiyi qeyd olunub.
Ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədovun təbrik və tövsiyələri gənc əsgərlərin diqqətinə çatdırılıb.
Vətənə, xalqa və dövlətə sədaqət andı içən gənc əsgərlər Ali Baş Komandanın əmrinə hər zaman hazır olduqlarını, nizam-intizamı qoruyacaqlarını bildiriblər.
Sonda şəxsi heyətin marş sədaları altında təntənəli keçidi izlənilib.
Digər Xəbərlər

Ombudsman: İşgəncəyə məruz qalmış azyaşlıların vəziyyəti nəzarətdə saxlanılır

Bakıda ictimai nəqliyyatda qiymət 1 manat olacaq?

"Başkənd bizim olmalıdır"- Baş nazirin "Artvaşen" istəyi yenə gündəmdə

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Xankəndidə yerləşəcək

DYP küləkli hava şəraiti ilə bağlı müraciət edib - VİDEO

Leyla Əliyeva Şamaxıdan paylaşım etdi

II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi olub
