28 Avqust 2025 13:25
131
GÜNDƏM

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Xankəndidə yerləşəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi artıq Xankəndidə yerləşəcək.

Adalet.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Eyni zamanda Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi bundan sonra müvəqqəti olaraq Xankəndi şəhəri və Ağdərənin inzibati ərazilərində də yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirəcək.

Qeyd edək ki, indiyə qədər Baş İdarə Bərdə şəhərində yerləşirdi.