“Azərsun Holdinq”dən pərakəndə sahəsində çalışmaq istəyənlərə dəstək

“Azərsun Holdinq” S.T.E.P. Pərakəndə Gənc İstedadlar Proqramına start verir.
Adalet.az xəbər verir ki, 5 aylıq ödənişli təcrübə proqramı çərçivəsində gənclər “Bazarstore” və “AL Market”də pərakəndə sahəsinə aid biliklər qazanacaqlar.
Belə ki, proqram 8 əsas istiqamətdə real təcrübə qazanmaq imkanı yaradır. Gənclər kommersiya, istehsal (pl), kateqoriya, planlama, marketinq, logistika, tədarük zənciri və insan resusrları üzrə təcrübə keçəcəklər. Həmçinin iştirakçılar “Azərsun Akademiyası”nda təlim proqramlarında iştirak edəcək, eyni zamanda peşəkar mentorluq dəstəyi vasitəsilə bilik və bacarıqlarını daha da təkmilləşdirəcəklər.
Layihənin məqsədi pərakəndə sahəsində karyera qurmaq istəyən gənclərə real iş mühitində hərtərəfli təcrübə qazandırmaq, proqramı uğurla tamamlayan namizədləri işə qəbul etməklə gələcəyin peşəkar kadrlarını formalaşdırmaqdır.
Layihədə universiteti yeni bitirmiş və ya maksimum 1 ilə yaxın iş təcrübəsi olan şəxslər iştirak edə bilər. Bunun üçün cv-lərinizi [email protected] electron poçt ünvanına göndərə bilərsiniz.
Digər Xəbərlər

Göz rənginiz hansı xəstəliklərə meylli olduğunuzu göstərir

Xalça yuma, biz yuyarıq!

Alimlər ilk dəfə donuzun ağciyərini insan bədəninə köçürüblər
jpg-1756117008.jpg)
Növbəti uydurma: Sən demə, İmmanuel Kant ermənilərə "aşiq" imiş...

Vanqadan 2026-cı il üçün qorxulu PROQNOZU
jpg-1755690144.jpg)
Ölümcül təhlükə: ABŞ-da transseksualların sayı fantastik həddə

Alimləri həyəcanlandıran kəşf: Avstraliyada 100 milyon illik mirvari tapıldı
