Ceyms Kleverli İranı qınadı: " Öz xalqına vəhşicəsinə zülm edən..." - FOTO
Son 2 ayda İran İslam Respublikasının hakim dairələri öz xalqına qarşı amansızlığı dünya gündəminə bomba kimi düşüb.
Xüsusən etiraz mitinqlərində həbs edilən gənc və yeniyetmə qızların polis idarələrində və həbsxanalarda zorlanması böyük səs –küyə səbəb olub.
Adalet.az xəbər verir ki, Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli Tvitter hesabında paylaşım edib. O, paylaşımında İranda baş verən son hadisələrə münasibət bildirib:“İran öz nüvə proqramını daha da genişləndirir. Bu, hələ də rejimin qlobal təhlükəsizliyə yaratdığı təhdidin sübutudur. Öz xalqına qarşı daxildə vəhşicəsinə zülm edən bir rejim, şübhəsiz ki, bizim xaricdəki dost və müttəfiqlərimizi də hədələyəcək. İran heç vaxt nüvə silahını əldə etməməlidir”.
Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar iki aydan çoxdur davam edir. Bu müddət ərzində ən son məlumata görə, 438 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Ölənlərin arasında 60 yeniyetmə və uşaq da var. 17,5 min nəfərə yaxın şəxs həbs edilib.
Əntiqə Rəşid
Digər Xəbərlər
14 Sentyabr 2026 19:38
Ukrayna və Rusiya razılaşdı, hücum olmayacaq - Tramp
14 Sentyabr 2026 18:50
Zelenski Baş prokuroru vəzifəsindən azad etdi
14 Sentyabr 2026 18:43
Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan
14 Sentyabr 2026 18:30
Rusiya Ukraynanın itkilərini yenilədi
14 Sentyabr 2026 18:12
Müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?
14 Sentyabr 2026 17:29
Pezeşkian danışarkən çərəz yeyən xarici rəsmi gündəm oldu - VİDEO
14 Sentyabr 2026 13:12
Gürcüstanda DTX rəisi istefa verdi
14 Sentyabr 2026 12:54


Bakı -°C


