14 Avqust 2024 10:10
132
KRİMİNAL

Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanıldı

Avqustun 13-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 92, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.