14 Avqust 2024 18:31
66
DÜNYA

Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 903-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 638 təyyarəsi, 279 helikopteri, 29 970 PUA-sı, 569 zenit-raket kompleksi, 17 057 tank və digər zirehli texnikası, 1 400 reaktiv yaylım atəş sistemi, 13 229 artilleriya və minaatanı, 24 715 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.