14 Avqust 2024 17:00
73
DÜNYA

Rusiya daha bir Avropa konvensiyasından çıxdı

Rusiya Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasına xitam verib.

Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib .

"2024-cü il avqustun 1-də Rusiya Federasiyası adından 1996-cı il fevralın 28-də Strasburqda imzalanmış Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası Rusiya Federasiyası ilə konvensiyanın digər iştirakçıları arasında münasibətlərə xitam verilib", - sənəddə deyilir.  

Rusiyada milli azlıqların müdafiəsi Rusiya Federasiyasının Konstitusiyası ilə müəyyən edilir və təmin edilir, eyni zamanda federal mərkəzin və Rusiyanın bölgələrinin birgə yurisdiksiyasındadır.