14 Avqust 2024 16:23
71
DÜNYA

Ərdoğan: Türkiyə özünə qarşı qurulan bütün oyunları pozub

Türkiyə özünə qarşı qurulan bütün oyunları pozub.

Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) 23-cü ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin uğurlarını gözü götürməyən qüvvələr indiyə qədər müxtəlif hiylələrə əl atıblar: “Terrordan çevriliş cəhdlərinə qədər fərqli təhdidlərlə üzləşmişik. Amma bunların heç birinin qarşısından geri çəkilməmişik. Mübarizə aparmışıq”.