14 Avqust 2024 12:44
68
DÜNYA

ABŞ Yaxın Şərqdə "sülh yatamaq üçün" silahlar göndərir?...

ABŞ prezidenti Co Baydenin administrasiyası Səudiyyə Ərəbistanına 10 min ədəd aviabomba göndərəcək. Bunun üçün Ər-Riyadın İsrail-Fələstin münaqişəsinin sülh danışıqlarlnda vasitəçiliyi nəzərə alınaraq, əvvəlcədən bu bölgəyə silah höndərilməsiylə bağlı məhdudiyyətləri aradan qaldırılıb. 

 "Razılığa əsasən ilkin mərhələdə 3000 ədəd kiçik diametrli və 7500 ədəd Paveway lV bombaları göndəriləcək"- deyə bu barədə məlumat verən The Wall Street Journal qəzeti yazır.

 Bundan başqa, Bayden administrasiyası İsrailə 20 milyard dollarlıq silah-sursat gpndərməyi planlaşdırır.

 Beləliklə, ABŞ  Yaxın Şərqdə "sülh yaratmaq üçün" bu bölgəni silahlarla doldurur..?

 Rüstəm Hacıyev