14 Avqust 2024 14:23
97
GÜNDƏM

 Bəd xəbərləri yaymayın

Hər gün müxtəlif televiziya kanallarında, saytlarlarda  bir- birindən  eybəcər  xəbərlər yayılır.

Sözün düzü belə eybəcər, insanların əxlaqını pis təsir, hətta bəzi adamları lap hövsələdən  çıxaran  xəbərlər əhali arasında böyük narazılıq yaradır! Məsələn , bir kişi qızını zorladı, dayı bacısı qısına sataşdı, əmi qardaşı qızını qaçırdı... və sair! Bax belə əxlaqsız  xəbərləri yaymaqla  adını çəkdiyimiz  qurumlar görəsən, nə qazanır? Heç nə! Sadacə olaraq onlar  bu cür xəbərlərlə  reytinq əldə edirlər.

Cəmiyyət isə onların bu reytinqinə çox pis baxır! Cəmiyyətin tör- töküntülərini qabartmaq və hətta onu təbliğ eləmək  özü cahillikdir. Cahillik isə milləti qaranlığa sürükləyir! Ona görə də insanların əxlaqına mənfi təsir edən, ovqatını  korlayan  belə xəbərləri  yaymaq həm qeyri-peşəkarlıq, həm də  nankorluqdur!

Emil Faiqoğlu