14 Avqust 2024 16:09
73
İQTİSADİYYAT

Deyirlər ki, işığın, qazın...

Biz artıq çox şeyin qiymətinin artmasına öyrəşmişik. Hətta o qədər öyrəşmişik ki,  nəyinsə, qiyməti qalxmayanda  sanki darıxırıq!

Elə qiymətlər qalxanda  da , darıxırıq, ha!  İndi də deyirlər ki, işığın, qazın, suyun  qiyməti qalxacaq!  Bizdə hər şeyin  qiyməti onsuz da həmişə yüksəlir və nəyinsə qiymətinin aşağı endiyini Allah and olsun , görməmişik! Və bir də Tarif Şurasının adı gələndə camaatı üsütmə tutur! Üşüymə tutur ki,  birdən işığın, qazın qiymətini qaldırdılar!  Əgər bir söz - söhbət el arasında  dolaşırsa, o,  əvvəl- axır düz çıxır.

Ancaq məsələnin bir tərəfi var ki,  işığın , qazın, suyun qiyməti artımı ilə bağlı  Tarif Surası hələ ki, heç bir açıqlama verməyib! Deməli, rəsmi məlumata yoxdursa, bu, gəzən söhbətlər həqiqəti əks etdirmir!!!

Emil Faiqoğlu