14 Avqust 2024 12:04
101
İQTİSADİYYAT

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 439 564 vahid artıb və bu il avqustun 1-nə 1 841 479 olub.

Adalet.az xəbər verir ki, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 428 791 vahid artaraq 968 713 təşkil edib.