14 Avqust 2024 10:22
96
DÜNYA

İran İsraildən tək bir şərtlə qisas almayacağını bildirdi

İran, İsraildən qisas almaqdan bir şərtlə imtina edəcəyini bildirib.

Adalet.az xəbər verir ki, "Reuters"-ə istinadən xəbər verir ki, İran rəsmiləri İranın HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə qarşı İsrailə hücum planından yalnız İsraillə HƏMAS arasında atəşkəs əldə olunarsa, imtina edə biləcəyini bildirib.

Mövzunun həssaslığına görə adının açıqlanmasını istəməyən mənbələr, Haniyə və Hizbullah komandiri Fuad Şükrün öldürülməsindən sonra Yaxın Şərqdə genişmiqyaslı müharibə riskinin artdığı üçün İranın Qərblə müzakirələr apardığını bildirib. ölkələrlə ABŞ-nin son günlərdə İsrailə qarşı intiqamının necə olacağı mövzusunda sıx bir dialoq içində olduğunu ifadə edib.