14 Avqust 2024 15:17
74
İDMAN

Olimpiya çempionları dövlət başçısına xatirə hədiyyələri təqdim ediblər

Xəbər verdiyimiz kimi, Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.

Adalet.az-ın məlumatına görə, Olimpiadanın qızıl medalçıları, cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev dövlət başçısına xatirə hədiyyələri təqdim ediblər.