14 Avqust 2024 12:09
79
İDMAN

“Qarabağ” bizi ağır məğlubiyyətə uğratdı - “Ludoqorets”in baş məşqçisi

“Qarabağ” əlavə vaxtda 4 cavabsız qol vuraraq bizi ağır məğlubiyyətə uğratdı”. 

Adalet.az xəbər verir ki, bunu “Ludoqorets”in baş məşqçisi Georgi Dermençiev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”a 2:7 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Çalışdırıcı matç ərzində çoxlu səhv etdiklərini bildirib: “Ağır məğlubiyyət oldu, çoxlu səhvlər etdik və problem də bu idi. Səhvlərimizdən sonra erkən qol buraxdıq. Belə bir matçı təhlil etmək çətindir. Sonda artıq çox ciddi riskə getdik və buna görə də rəqib 4 qol vurdu. Hər hissənin əvvəlində və sonunda qol buraxmağımız üçün xüsusi səbəb yoxdur. Amma ola bilsin ki, konsentrasiyaya ehtiyac var idi. Biz 90 dəqiqədən sonra yaxşı oynamadıq”.