Lənkəranda narkotikə görə 33 nəfər saxlanıldı
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elşən Hüseynov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, E.Hüseynovdan tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş 17 kiloqram marixuana və 1 kiloqram heroin aşkarlanıb.
Araşdırmalarla onun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan Razi adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə E.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, sonra bir ay ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 33 nəfər saxlanılıb.
Araşdırmalar aparılır.
Digər Xəbərlər
30 Iyun 2026 17:05
“1xBet” vasitəsilə qanunsuz mərc oyunları təşkil edənlər tutuldu - KMBİ-dən əməliyyat
29 Iyun 2026 18:41
Bakda marketdən oğurluq edən şəxs saxlanıldı - VİDEO
29 Iyun 2026 09:58
Çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı - VİDEO
29 Iyun 2026 09:42
Polis Saatlıda əməliyyat keçirdi - Həbs edilənlər var - FOTO
28 Iyun 2026 10:02
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27 Iyun 2026 11:11
Paytaxt və rayonlarda qanunsuz silah-sursat aşkarlandı
26 Iyun 2026 09:45
Bakı və bölgələrdə narkotik əməliyyatı: 9 nəfər saxlanıldı - VİDEO
25 Iyun 2026 13:11


Bakı -°C

