CinemaPlus-da Yura dövrü - VİDEO
"CinemaPlus Amburan Mall" premium kinoteatrında, açıq səma altında "Yura dövrü dünyası: Hökmranlıq" əfsanəvi fantastik filminin təqdimatı keçirilib.
Kinoteatr sanki keçmişə, yalnız dinozavrların hökm sürdüyü dünyaya qərq olmuşdur. Bitkilərin bolluğu, filmə özəl dekorasiyalar öz sözünü deyirdi. Dinozavrın peyda olması qonaqların böyük marağına, emosiyalar fırtınasına səbəb olub və onlar özlərini filmin qəhrəmanları kimi hiss edə biliblər.
Filmin rejissoru Kollin Trevorrou.
Baş rollarda Diçen Lakmen, Brays Dallas Hovard və Kris Pratt.
Nublar adası dağıldıqdan sonra dinozavrlar sərbəst buraxılaraq planeti zəbt etdilər. İnsanlar Yer kürəsində yanaşı dinc yaşayışı şərtləndirən incə tarazlığı qoruyub saxlaya bilirlər. Bəs insan nə vaxta qədər tarixin ən qorxulu varlıqları ilə çiyin-çiyinə yaşayaraq öz hökmranlığını qoruyub saxlaya biləcək?
Qeyd etmək istərdik ki, "Yura dövrü dünyası: Hökmranlıq" filmini "Dəniz Mall" Ticarət mərkəzində yerləşən "CinemaPlus" kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.
"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

