"COP29-da fəaliyyət göstərmək üçün 16 minə yaxın müraciət edilmişdi" - Nazir müavini
Bu il ölkəmizin tarixində ən önəmli, ən məhsuldar dövr kimi yadda qaldı. İlin əvvəlində Prezident seçkiləri keçirildi. Ölkədə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olundu. Noyabrda COP29 kimi mötəbər tədbirə ev sahibliyi etdik. Həmin beynəlxalq tədbiri uğurla başa vurduq. Bütün bu tədbirlərdə Azərbaycan könüllülərinin fəaliyyətini xüsusi vurğulamaq lazımdır".
Adalet.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu”nun rəsmi açılış mərasimində deyib. Nazir müavini ölkədə keçirilən bütün uğurlu tədbir və layihələrdə Azərbaycan könüllülərinin rolunun böyük olduğunu qeyd edib:
"COP29-da ölkəmizə təşrif buyuran qonaqlar da könüllülərin fəaliyyətini xüsusi qeyd etdilər. Ümumilikdə həmin tədbirdə könüllü kimi fəaliyyət göstərmək üçün 16 minə yaxın müraciət qeydə alınmışdı. Müraciət edənlərdən 3 min nəfəri seçildi və onlar 12 gündə ən vacib missiyanın daşıyıcısı oldular”.
Digər Xəbərlər
23 Yanvar 2026 17:41
Audiovizual media subyektlərinin sayı açıqlandı
23 Yanvar 2026 17:17
Leyla Əliyeva bacısını təbrik etdi - FOTO
23 Yanvar 2026 17:11
Hərbi Prokurorluqda ilin yekunlarına dair kollegiya iclası keçirildi
23 Yanvar 2026 17:04
Azərbaycanda 100 min nəfərə 310 cinayət düşür - Rəqəmlər açıqlandı
23 Yanvar 2026 17:02
Beynəlxalq axtarışa verilmiş 40 nəfərin yeri müəyyən olundu
23 Yanvar 2026 17:01
Alena Əliyeva Arzu Əliyevanı təbrik etdi - FOTO
23 Yanvar 2026 17:01
Qız qaçırmaya görə 32 şəxs barədə məsuliyyət tədbirləri görüldü
23 Yanvar 2026 17:00


Bakı -°C

