"Corcus"u Ağalarovların əlindən almağı təklif etdi

Rusiya Federasiyasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihəsinin rəhbəri Vitali Borodin öz "Telegram" kanalında "Crocus City Hall"u Ağalarovların əlindən alıb dövlətə təhvil verməyi təklif edib.
Adalet.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, avqustun 4-də Moskvada “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı məhkəmə prosesi başlayıb. Bundan bir qədər əvvəl kompleksin sahibi azərbaycanlı iş adamı Araz Ağalarov Rusiyanı tərk edərək Bakıya uçub.
Borodin qeyd edib ki, Ağalarovun getməsi son zamanlar cinayət işi ilə bağlı yayılan şayiələr fonunda gözlənilən idi. Bununla bağlı FPBC rəhbəri banklara külli miqdarda kredit verdiyinə görə “Crocus”un Ağalarovlardan alınmasını təklif edib.
Xatırladaq ki, Araz Ağalarov "Forbes"in versiyasına görə, Rusiyanın ən zəngin iş adamlarından biridir. 2020-ci ildə onun sərvəti 1,7 milyard dollar olaraq qiymətləndirilib. Ağalarov “Crocus Group” holdinqinin sahibidir – onun tərkibinə Moskva vilayətində ticarət və əyləncə mərkəzləri, konsert zalı, atelye, butiklər, restoranlar, meyvə bağları və hətta “Myakinino” metrostansiyası daxildir.
Digər Xəbərlər

Tramp: Bütün Yaxın Şərqin "İbrahim razılaşmaları"na qoşulması vacibdir

Hakan Fidan Suriyaya getdi

Türkiyə Müdafiə Nazirliyi: Suriya kürdləri tərk-silah və inteqrasiya razılaşmalarını yerinə yetirmirlər

Fidan və Lavrov arasında telefon danışığı olub

Tramp və Putin Türkiyədə görüşəcək?

Qazaxıstanda qəzaya uğrayan helikopterin ekipajının axtarışları davam edir

İsrail ordusu Livana hava zərbələri endirib
