Tezliklə AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yekun hesabat təqdim olunacaq

"Bir neçə aydan sonra Qazaxıstan hakimiyyəti Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq".
Adalet.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında bildirib.
"Təhlil mərhələsi tamamlanır və yekun hesabatın hazırlanması mərhələsinə keçir. Düşünürəm ki, səbirli olmalıyıq, bir neçə aydan sonra yekun hesabat olacaq", - Bozumbayev AZAL-ın təyyarə qəzasının araşdırılması ilə bağlı sualı cavablandırarkən deyib.
Digər Xəbərlər

Türkiyə Müdafiə Nazirliyi: Suriya kürdləri tərk-silah və inteqrasiya razılaşmalarını yerinə yetirmirlər

Fidan və Lavrov arasında telefon danışığı olub

Tramp və Putin Türkiyədə görüşəcək?
