adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 Fevral 2023 22:13
780
İDMAN

Cüdoçumuz Parisdə qızıl medal qazandı - YENİLƏNİB

Fevralın 4-də Fransanın paytaxtı Paris şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin ilk günündə 60 kiloqram çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb.

Adalet.az xəbər verir ki, Balabəy Ağayev final görüşündə Fransa təmsilçisi Sedrik Revolu məğlub edib.

***

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

Adalet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) məğlub edib.

66 kq-dakı Yaşar Nəcəfov 1/16 finalda An Cehonqa (Cənubi Koreya), 73 kq-dakı Nurlan Osmanov eyni raundda Redouane Messaoud Drisə (Əlcəzair) uduzub.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.