adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Yanvar 2022 14:16
868
ŞOU-BİZNES

ÇUKÇALAR STALİNDƏN NİYƏ  KÜSMÜŞDÜ 

Müharibə qurtarandan  iki-üç il sonra çukçalar  xəbər tutur ki, Böyük Vətən Müharibəsi olub və bizimkilər qalib gəlib. Moskvaya  nümayəndə heyəti  göndərirlər  Stalinin  yanına. Stalin qəbul edir, soruşur ki, nə məsələdi?

Deyirlər:

- Yoldaş Stalin, biz səndən  küsmüşük.

- Nəyə görə?

- Dörd il müharibə  eləmisən, amma bizə xəbər verməmisən.

İndi  Sezen Aksu bir mahnı oxuyub  altı il bundan  əvvəl. Vaxtilə  «Minik sərçəcik» adlanan, hazırda qartımış qarğaya dönən bu xanım mənim müğənnim  olmadığına görə, ona görə yox ki, deyib ermənilər əqrəbamdı,  ona görə ki, mənim  müğənnim deyil də, dinləməmişəm. Nə həmin mahnını, nə də qeyrilərini.  Amma sənətkardı, onu da sevənlər  var.

İndi türklər də çukçalar kimi beş-altı ildən sonra xəbər tutublar ki, həmin mahnıda Sezen Adəm və Həvvanı təhqir edib.  Aləm dəyib bir-birinə.  Bizdə gündəm KVN-şiklər olan kimi, Türkiyədə də gündəm Sezen Aksudur.

Oxudum ki, Sezen də deyib ki,  əlimin  içindən gəlib, içində bir noxud var, noxudun içindən gəlib.  Sonra da deyib ki, məni əzə bilməzsiniz. Amma bunu düz deyir, sənətkarı əzmək mümkün deyil.