Culfada qəza: 2920 abonent qazsız qaldı
Culfa şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində qaz təchizatında fasilə yaranıb.
Adalet.az xəbər verir ki, şəhərin Ordubadi küçəsində minik avtomobili D-100-lük qaz xəttinə çırpılıb. Qəza nəticəsində təhlükəsizlik məqsədilə 2920 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb.
Hazırda ərazidə bərpa işləri aparılır. Təmir işləri başa çatdıqdan sonra abonentlərin qazla təminatı bərpa olunacaq.


Bakı -°C

