adalet.az header logo
  • Bakı -°C
30 Dekabr 2025 17:12
70
HADİSƏ
A- A+

Ucarda 14 nəfər bayram tədbirində zəhərləndi

Ucarda keçirilən korporativ bayram tədbirindən sonra bir qrup şəxsin halı pisləşib.

Rayon mərkəzi xəstəxanasından Adalet.az-a bildirilib ki, bu gün zəhərlənmə şübhəsi ilə 14 nəfər (3 kişi, 11 qadın) Təcili tibbi yardım şöbəsinə müraciət edib.

Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.