“İrana müdaxilə prosesində ehtiyyat edirlər ki, birdən...”
“Hindistanın və İsrailin baş nazirlərinin görüşündən dərhal sonra Əfqanıstanla Pakistanı savaşa cəlb etdilər və nəhayət İsrail İranı vurdu. ABŞ-nin Talibana saxladığı silahlar bu gün Pakistana qarşı istifadə olunur. Vaxtilə ərəb dünyası bir neçə məğlubiyyətdən sonra İraq başçılığında Fələstin uğrunda mübarizəyə qalxmağa cəhd etdiyi zaman Xomeynini tələsik Fransadan təyyarəyə mindirib Qərb kəşfiyyatının nəzarəti ilə İranda hakimiyyətə gətirib qısa zamanda İraqla müharibəyə cəlb etmişdilər”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib.
“Nəticədə ərəblər Fələstini buraxıb İraqa dəstək verməyə məcbur olmuşdular ki, Xomeyni Kərbəlanı, sonra da Məkkəni işğal etməsin.Ola bilsin Pakistan Əfqanıstanı tam geri oturtsa bu dəfə yenidən Hindistanı ona qarşı təhrik edəcəklər. İrana müdaxilə prosesində ehtiyyat edirlər ki, birdən Pakistan müdaxilə edər. Düşünürlər ki, hər halda müsəlmandırlar, etibar yoxdur, yaxşısı budur başlarını özlərinə qataq, bir-birini qırsınlar, özümüz də bu tərəfdən işimizi görək”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
28 Fevral 2026 20:14
"Bu faciə millətin yaddaşından silinməyəcək" - Pezeşkian
28 Fevral 2026 20:04
İran Küveytdə hava limanını VURDU - VİDEO
28 Fevral 2026 20:00
Hakimiyyətdən Tehran sakinlərinə: Paytaxtı tərk edin!
28 Fevral 2026 19:51
Dubay hazırda... - VİDEO
28 Fevral 2026 19:05
ABŞ-nin İrana zərbələr zamanı istifadə etdiyi TAKTİKA AÇIQLANDI
28 Fevral 2026 19:00
İranda qızlar məktəbi vuruldu: 70 şagird öldü, 90 yaralı var - YENİLƏNİB
28 Fevral 2026 18:56
Süni intellektdən istifadəni dayandırmağı əmr etdi
28 Fevral 2026 18:50


Bakı -°C

