adalet.az header logo
  • Bakı -°C
28 Fevral 2026 19:00
82
DÜNYA
A- A+

İranda qızlar məktəbi vuruldu: 70 şagird öldü, 90 yaralı var - YENİLƏNİB

İranın cənubunda yerləşən Minab şəhərində qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olanların sayı 70 nəfərə yüksəlib.

Adalet.az xəbər verir ki, bu barədə "Fars" agentliyi "Telegram" kanalında məlumat yayıb.

"Minabdə təxminən 70 nəfər həlak olan, 90 nəfər yaralanıb", - məlumatda qeyd olunub.

Məlumata görə, həmin təhsil müəssisəsində 170 uşaq təhsil alırdı.

 

***18:46

İranın cənubunda qızlar məktəbinə raketin düşməsi nəticəsində azı 60 şagird həlak olub.

Adalet.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur sosial şəbəkələrdə bildirib.

"60 azyaşlı uşaq həlak olub, 80-i xəsarət alıb", - o qeyd edib.

 

***16:27

İsrailin İran ərazisinə hücumları nəticəsində Minabdakı məktəbdə həlak olanların sayı 51 nəfərə çatıb.

Adalet.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bundan başqa, xəsarət alanların sayının 60 nəfərə yüksəldiyi bildirilir.

 

***16:11

İranın cənubunda yerləşən Minab şəhərində ibtidai qızlar məktəbinə endirilən zərbə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, 48 məktəbli isə yaralanıb.

Adalet.az xəbər verir ki, hadisə dərs vaxtı baş verib. Zərbə nəticəsində məktəb binası ciddi dağıntılara məruz qalıb, şagirdlər dağıntılar altından çıxarılıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı silah və ya əməliyyat çərçivəsində baş verdiyi ilə bağlı rəsmi açıqlamalar hələ dəqiqləşdirilir. İran rəsmiləri hücumu mülki obyektə qarşı ağır cinayət adlandırıb.

Bölgədə xilasetmə işləri davam edir. Ölənlərin sayının arta biləcəyi istisna olunmur. /Musavat.com

 

***15:27

İsrail ordusunun Miyanabda qızlar məktəbinə hücum nəticəsində 24 nəfər həlak olub.

Adalet.az xəbər verir ki, məlumatı İran mediası yayıb.

Yaralıların sayı barədə məlumat verilməyib.

Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.