adalet.az header logo
  • Bakı -°C
11 Mart 2026 14:08
70
ƏDƏBİYYAT
A- A+

“Ermənilərin məni və qardaşımı girov götürmək istədiklərini biləndə...” – Sabir Məmmədov

1990-1993-cü illər də Xocalı şəhərinin polis rəisi olmuş Sabir Məmmədov həmin illərdə baş verən tarixi hadisələrin bir neçəsini saytımıza təqdim edib. 

Adalet.az həmin hadisələrindən birini oxucuların diqqətinə çatdırır.

S.Məmmədov belə hadisələrin tez-tez başına gəldiyini bildirib:

“1991-ci ilin payızında sürücüm Azərlə xidməti “UAZ” maşınımda Xankəndinə Dİİ-ə texnika üzrə sənəd aparmışdım. Dİİ-nin qarşısında çoxlu erməni qadın və kişiləri yığılmışdılar. Mən maşınımdan düşüb mərhum idarə rəisi general Kavalyovun qəbul otağına yaxınlaşdım və növbədə durdum. Sürücüm Azər isə maşının içərisində oturmuşdu, çünki mən tez çıxmalı idim. Bu vaxt Bakıdan getmiş bir erməni qadın mənə yaxınlaşaraq qulmağıma pıçıltı ilə, “Rəis, ermənilər səni və qardaşını girov götürmək istəyir” – deyib cəld uzaqlaşdı. 

Mən dərhal pəncərədən dövrəyə alınmış xidməti maşınımın sürücüsü Azərə barmağımın işarəsi ilə “Ş” hərfini göstərdim. Yəni, Şuşaya sür, qaç! Bir anda Azər maşınla gözdən itdi. Çünki ermənilər Xocalıya gedən yolu bağlaya bilərdilər. Maşın isə Xocalı polisinə məxsus idi. Dərhal Kovalyovun kabinetinə girib hadisəni məruzə etdim. O, isə bu barədə ştaba məlumat verdi. Az sonra rus hərbçiləri BTR-lə Dİİ-ə gəlib məni və qardaşım polkovnik Sadir Məmmədovu arxa qapıdan çıxarıb BTR-lə təşkilat komitəsinə gətirdilər. Bu V.Polyaniçko və Sofonovun köməkliyi ilə oldu. Beləliklə, ermənilər bizi girov götürə bilmədilər. Azərin rabitə ilə danışmasını eşidən xocalılar isə təlaş içərisində idilər. Az sonra Xocalı polis əməkdaşları, başda baş əməliyyatçı Hüseyn Əliyev olmaqla gəldilər və mənimlə birlikdə Xocalıya qayıtdıq”. 

Mənbə: Sabir Məmmədovun “Tarixi saxtalaşdırmaq cinayətdir” kitabı.

Hazırladı: Vasif ƏLİHÜSEYN