"ABŞ-nin quru qoşunlarının İrana müdaxiləsi hərbi münaqişəni genişləndirəcək"
“ABŞ-nin diqqətinin İranla müharibəyə yönəlməsi Ukraynaya hərbi yardımların gecikdirilməsinə səbəb olur. Bundan istifadə edən Rusiya Ukrayna cəbhəsində hərbi təzyiqləri artırmağa çalışır. Lakin Ukrayna artıq kifayət qədər möhkəm müdafiə mövqeləri formalaşdırıb və Rusiyanın quru qoşunları ilə ciddi irəliləyiş əldə etməsi real görünmür”.
Adalet.az zəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, əgər ABŞ İrana qarşı quru əməliyyatına başlasa, bu vəziyyət Çinin geosiyasi mövqeyinin daha da güclənməsinə səbəb ola bilər:
“Çünki belə bir əməliyyat ABŞ üçün uzunmüddətli və çətin müharibə deməkdir. Eyni zamanda Rusiyanın Ukraynada ilişib qalması qlobal güc balansında Çinin yüksəlişini daha da sürətləndirə bilər. ABŞ-nin Rusiya–Ukrayna müharibəsində həlledici nəticə əldə etmədiyi bir mərhələdə İrana qarşı geniş hərbi əməliyyatlara başlaması Vaşinqtonun eyni vaxtda iki strateji cəbhədə ciddi çətinliklərlə üzləşməsi riskini artırır. ABŞ prezidenti Donald Trump isə birbaşa olaraq İsrailin təhlükəsizliyini və regiondakı geosiyasi mövqelərini möhkəmləndirmək məqsədilə İrana qarşı hərbi addımları sürətləndirdi. Halbuki Rusiya-Ukrayna müharibəsi davam etdiyi şəraitdə bu qərar riskli görünür. ABŞ həmçinin enerji və ticarət marşrutlarının təhlükəsizliyini qorumaq üçün Hörmüz boğazının açıq saxlanması məqsədilə NATO ölkələrini dəstəyə çağırır. Digər tərəfdən Vaşinqton Rusiyanın tərəfdaşları sayılan Venezuela, Kuba və İran üzərinə siyasi və iqtisadi təzyiqi artırmaqla Moskvanın qlobal dayaqlarını zəiflətməyə çalışır. Paralel olaraq ABŞ iqtisadi və texnoloji rəqabət vasitəsilə Çinin gücünü balanslaşdırmağa çalışır.Bununla belə, ABŞ-ın təkbaşına yeni qlobal siyasi nizam qurması real görünmür. Bu prosesdə həm Avropa İttifaqı, həm də NATO kimi müttəfiq strukturların rolu həlledici olaraq qalır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
20 Aprel 2026 20:00
Yuri Qusev Azərbaycana təşəkkür edib
20 Aprel 2026 19:33
Azərbaycan-Türkiyə hərbi təhsil sahəsində inkişaf perspektivləri müzakirə olunub
20 Aprel 2026 18:41
Milli Məclisdən Belçika və Niderlandın qərəzli qərarlarına ETİRAZ
20 Aprel 2026 18:00
Azərbaycan Belçika və Niderlanda NOTA VERDİ
20 Aprel 2026 17:30
Əli Əsədov yenidən məmurları topladı
20 Aprel 2026 17:18
Bayramov BMT rəsmisi ilə görüşdü - YENİLƏNİB
20 Aprel 2026 17:01
“İlham Əliyev bu xüsusiyyətlərin hamısını özündə cəmləşdirən siyasi liderdir”
20 Aprel 2026 11:30


Bakı -°C

