“Azərbaycan region ölkələrinin enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhvə verir”
“Son 1 həftədə Azərbaycana Avropa İttifaqına üzv dövlət olan Latviya və regionda xüsusi mövqeyi malik olan Ukrayna prezidentlərinin səfərləri ölkəmizin geo-siyasi gücünü göstərən faktorlardandır. Səfərlər zamanı 11 sənədin imzalanması da məhz ölkəmiz ilə sıx əməkdaşlığa olan marağın göstəricisidir”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, son 2 ildə Azərbaycan ilə Ukrayna arasındakı ticarət dövriyyəsi 31 faiz artaraq 510 milyon dollara çatıb:
“Ötən il 11 faizlik artım qeydə alınıb. İl ərzində Azərbaycandan Ukraynaya 227 milyon dollarlıq məhsul göndərilib. Azərbaycanın ixrac etdiyi qeyri neft-qaz məhsullarının 5.5 faizi Ukraynaya çatdırılır.Yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi kataklizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çox vektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb”.
Onun sözlərinə görə, Azərbaycan Avropa daxil olmaqla region ölkələrinin enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhvə verir:
“TAP kəməri vasitəsi ilə Azərbaycan indiyədək Avropaya 57 milyard kub metrdən çox qaz nəql edib. Hazırda Avropa İttifaqının 10 üzvü daxil olmaqla 16 dövlət Azərbaycandan təbii qaz alır. Azərbaycan Prezidentinin Latviya Prezidenti ilə görüşündə qeyd etdiyi kimi, ölkəmiz boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə birincidir. Avropa İttifaqında təbii qaz idxal həcminə görə Azərbaycan ilk beşlikdə qərarlaşıb. Bu ölkəmizin Avropanın enerji təhlükəsizliyinin qorunmasında oynadığı rolu bir daha təsdiq edir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Aprel 2026 12:25
Azərbaycanda bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq
27 Aprel 2026 10:44
Azərbaycanda benzin bahalaşacaq? - VİDEO
25 Aprel 2026 17:55
“Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 510 milyon dollara çatıb”
25 Aprel 2026 10:42
"İqtisadiyyatda boşluğu görən adam sahibkardır"
24 Aprel 2026 12:22
Azərbaycanda bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
24 Aprel 2026 10:32
"Sərhədlər açılsa belə turizmin inkişafı tam təmin edilə bilməz" - İqtisadçı
24 Aprel 2026 09:43
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı
24 Aprel 2026 09:15


Bakı -°C

