adalet.az header logo
  • Bakı -°C
29 Aprel 2026 10:51
68
SİYASƏT
A- A+

“Biz Azərbaycan-Türkiyə qardaşlığını göz bəbəyi kimi qorumağa...”

“Dünyada nə qədər türk düşməni varsa, hamısı səfərbər edilib Türkiyə ilə Azərbaycanın arasına nifaq salmağa. Rus, fars, erməni tör-töküntüləri antitəbliğatı türk dilində aparırlar. İçimizdə də nankor manqurtlar var.Bu dəqiqə Zelenskinin Bakı səfərinə görə Putin zəncir çeynəyir”.

Adalet.az xəbər verir ki, bunu yazıçı Səfər Alışarlı deyib. 

“Biz Azərbaycan-Türkiyə qardaşlığını göz bəbəyi kimi qorumağa və onu digər türk dövlətləri ilə də ən yüksək səviyyəyə çatdırmağa borcluyuq. Burada düşmənlərimiz şər-böhtandan tutmuş hər şeyə, hətta bəzi dini məsələlərə də əl atır ki, öz niyyətlərinə çatsınlar. Ancaq onlar bizə heç nə edə bilməyəcəklər. Təcavüzkar Rusiyanı cəzalandırmq üçün Ukrayna müharibəsi türklərə göndərilmiş böyük və əvəzsiz şansdır. İstifadə etmək lazımdır. Oturub gözləmək olmaz ki, təcavüzkar orada işini qurtarandan sonra gəlib səninlə haqq-hesab çəksin”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN