adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Yanvar 2022 12:55
715
DÜNYA

D. Medvedev: "Müharibədən qaçmaq üçün razılaşmalara getmək lazımdır"

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, ölkənin aparıcı KİV-lərinə müsahibəsində bildirib ki, Ukrayna ətrafında yaranan gərginliyi qızışdırmaq alverindən əl çəkməli,  müharibədən qaçmaq üçün razılaşmaya getmək lazımdır.
 
"Bəli məhz təhlükəsizliyin təmin olunması, siyasi diplomatiya vasitəsi olmalıdır. Avropa və Beynəlxalq sənədlərdə göstərilən kimi, bir tərəfin təhlükəsizliyi, digər tərəfin təhlükəsizliyinin pozulması üstündə qurulmamalıdır"- deyə o, müsahibəsjndə qeyd edib.
 
Yaradılan gərgimliyin kimlərə sərf etdiyi məsələsinə toxunan Medvedev, ABŞ senatorlarınından birinin söylədiklərini misal göstərib: "Bir həftə əvvəl, Birləşmiş Ştatların adını unutduğum qoca senatorlarından biri bəyan etmişdi  ki, "Rusiya və ABŞ arasında nüvə müharibəsi başlaya biləcəyini istisna etmirir". Yaşlı adamdır, ömrünü yaşayıb və yəqin ki, onun üçün fərqi yoxdur, nüvə zərbələrindən sonra nələrin ola biləcəyi onun üçün maraqlı deyil. Bu sadəcə paranoyadır, hətta şəhr etmək belə istəmirəm".
  
"Senat Amerikada çox nüfuzlu təşkilatdır. Oradan senatorların dili ilə belə bəyənatların səslənməsi çox məyusedicidir"- deyə Medvedev bildirib.
  
Daha sonra o, əlavə edib ki, Karib böhranı hələ o vaxt  göstərdi ki, bu cür hərəkətlər dünyanın sonunu gətirə bilər. " Buna baxmayaraq yenə də nüvə müharibəsi dilə gətirilir. Buna necə reaksiya vermək olar? Bu səviyəsizlikdir və ya siyasi alverdi, nədi? Hər bir halda bu çox təhlükəlidir".
  
Dünən ABŞ və NATO Rusiyanın yazılı tələblərinə yazılı cavab verib. Konfidensial danışıqların davam etdirilməsinə imkan yaratmaq məqsədilə, cavabın mətni hələ ki, açıqlanmır. Verilən məlumatlara görə, Rusiyaya təqdim olunan yazılı sənəddə "ciddi güzəştlər" yoxdur.

 Rüstəm Hacıyev