Dağıntılar altından çıxarılan tələbələrlə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyənin Malatya şəhərində binanın uçması nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə xilas edilib.
Adalet.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
A.Hacızadə deyib ki, hazırda tələbələrin vəziyyəti ilə bağlı məlumatlar toplanır:
“Onların kimlikləri, sağlıq durumları ilə bağlı ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən 7.7 ballıq zəlzələdən sonra 3 minə yaxın insan həlak olub, 15 mindən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların arasında azərbaycanlılar da var. Eyni zamanda dünən 4 azərbaycanlı tələbənin uçan binanın dağıntıları altında qaldığı açıqlanmışdı.
Digər Xəbərlər

Rəşad Bəxtiyarov vəfat etdi

Fatma Hüseynova vəfat etdi

Zərdabda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

Ramiz Quliyevin dəfn yeri məlum oldu - YENİLƏNİB

Sürət və diqqətsizlik yolda daha bir həyata son qoydu

Keçmiş icra başçısı vəfat etdi - FOTO

DİN-dən "Sədərək"dəki insidentə reaksiya - VİDEO - YENİLƏNİB
