Daha 2 cüdoçumuz bürünc medal qazandı
Azərbaycan 2 cüdoçusu Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Adalet.az xəbər verir ki, 66 kq-da çıxış edən Nicat Nağıyev və 73 kq çəki dərəcəsindəki Əbil Yusubov 3-cü yeri tutublar. Onlar müvafiq olaraq, fransalı Aleksis Renar və italiyalı Federiko Bosisə qalib gəliblər.
Bu gün, həmçinin, kişilərdən Əli Hacızadə (73 kq) bürünc, qadınlardan Fidan Əlizadə (57 kq) isə qızıl medal uğrunda yarışacaq.
Qeyd edək ki, ilk yarış günündə Şahin Orucov (55 kq), Nizami İmranov (60 kq) qızıl, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq) isə bürünc medal əldə edib.
Digər Xəbərlər
24 Sentyabr 2026 13:56
Rassel ilk sərbəst yürüşün qalibi oldu
24 Sentyabr 2026 12:35
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
24 Sentyabr 2026 10:26
Formula 1 “Sea Breeze”də keçiriləcək?
24 Sentyabr 2026 10:05
Formula 2 yarışı üzrə sərbəst yürüşə start verildi
24 Sentyabr 2026 09:15
Formula 1 onuncu dəfə Bakıda: Azərbaycan Qran-Prisi başlayır
23 Sentyabr 2026 23:45
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəldi
23 Sentyabr 2026 22:21
"Millidən elə bu gün getməyə hazıram" - Ronaldo
23 Sentyabr 2026 19:41


Bakı -°C

