Daha bir erkən nikahın qarşısı alındı
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsi və hərtərəfli bərqərar edilməsi, həmçinin uşaqların mənafelərinin qorunması istiqamətində kompleks tədbirlər görülür.
Adalet.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fevralın 24-də Kəngərli rayonunun Xok kənd sakini 2008-ci il təvəllüdlü Məmmədova Xatirə Məmməd qızının (ad şərtidir) Xok kənd sakini 2002-ci il təvəllüdlü Həsənov Həsən Hüseyn oğlu (ad şərtidir) tərəfindən qaçırılması barədə məlumat əldə edib
Komitə tərəfindən məsələyə dərhal reaksiya verilərək qanunamüvafiq araşdırılması və Məmmədova Xatirənin (ad şərtidir) ailəsinin yanına qaytarılması istiqamətində Kəngərli Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və rayon Polis Şöbəsinin aid əməkdaşları ilə birgə tədbirlər görülüb, müvafiq ünvana baxış keçirilib, hər iki tərəfin valideynlərinin də iştirakı ilə qanunvericiliyin tələblərinə uyğun söhbət aparılaraq yetkinlik yaşına çatmayan Məmmədova Xatirə Məmməd qızı (ad şərtidir) ailəsinin yanına qaytarılıb.
Digər Xəbərlər
19 Dekabr 2025 18:10
Dörd rayonda təbiətə 300 min manata yaxın ziyan vurulub
19 Dekabr 2025 17:55
Azərbaycanda ov mövsümü açılır - Sabahdan
19 Dekabr 2025 13:40
Elektron siqaretlərin reklamı qadağan edilir
19 Dekabr 2025 13:11
Dəbilqəsiz moped idarə edənlər cərimələnəcək
19 Dekabr 2025 13:06
Əkin yerinin yandırılmasına görə yeni cərimələr
19 Dekabr 2025 11:34
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
19 Dekabr 2025 11:10
“Elektron siqaretlər cəmiyyət üçün dərin problemə çevrilmişdi...”
19 Dekabr 2025 10:06


Bakı -°C

