Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 62, 133, 168, 170, 193, 194, 206, 217, 445 və 569 nömrəli avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Adalet.az AYNA-ya istinadən xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 25 dekabr 2024-cü il saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən 62 nömrəli (Sabunçu qəsəbəsi, Sabunçu dəmiryolu stansiyası – N.Tusi küçəsi), 194 nömrəli (Lökbatan qəsəbəsi, "Qobu Park" yaşayış kompleksi – "20 Yanvar" metrostansiyası) və 217 nömrəli (Məmmədli kəndi – "Koroğlu" NMM) avtobus marşrutları üzrə 3 Lotda yanvarın 10-da;
168 nömrəli (Binə Atçılıq yaşayış massivi – "Koroğlu" NMM), 193 nömrəli (6-cı mikrorayon, M.Məhəmmədxan küçəsi – “Binə” ticarət mərkəzi), 206 nömrəli (Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsi – “Elmlər Akademiyası” metrostansiyası və 569 nömrəli (Masazır qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus marşrutları üzrə 4 Lotda yanvarın 14-də;
133 nömrəli (Binəqədi qəsəbəsi, A.İsfəhani küçəsi – "Gənclik" metrostansiyası), 170 nömrəli (Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi – “Memar Əcəmi” metrostansiyası) və 445 nömrəli (Pirallahı qəsəbəsi – “Qala” NMM) avtobus marşrutları üzrə 3 Lotda yanvarın 17-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər Xəbərlər
23 Oktyabr 2026 17:55
Əli Əsədov yeni qərar imzaladı
23 Oktyabr 2026 16:36
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul etdi - FOTOLAR
23 Oktyabr 2026 16:13
Yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - XƏBƏRDARLIQ
23 Oktyabr 2026 15:12
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23 Oktyabr 2026 13:08
"Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun qəbul edilsin - TƏKLİF
23 Oktyabr 2026 12:41
İlham Əliyev Fərhad Xəlilovu 80 illiyi münasibətilə təbrik etdi
23 Oktyabr 2026 12:07
Hafiz İsmayılbəyli VƏZİFƏSİNDƏ QALDI
23 Oktyabr 2026 11:56


Bakı -°C

