Dalğıc kurslarının buraxılış mərasimi keçirildi - VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) təşkil edilmiş “Təməl dalğıc kursu” və “Dalğıc işində rəhbərlik kursu”nun buraxılış mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə çıxış edənlər bu cür kursların keçirilməsinin şəxsi heyətin ixtisas və döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini diqqətə çatdırıblar.
Qeyd edilib ki, HDQ-nin Dəniz piyadaları, Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirak etdiyi kurs müddətində su altında nəfəssiz qalma, dalğıc işlərinin və texnikalarının mənimsənilməsi, dalğıc işində praktiki rəhbərlik məşqləri, eləcə də digər vacib fəaliyyətlər həyata keçirilib, iştirakçılar peşəkar dalğıc bacarıqları əldə ediblər.
Sonda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.
Digər Xəbərlər

Rövşən Rzayev Daşkəsəndə vətəndaşları qəbul edib - FOTOLAR

Unun topdansatış qiymətləri açıqlandı

AQTA 19 litrlik qablaşdırılmış suda uyğunsuzluq aşkarladı

"Laçından keçəndə Gorus tərəfdən artilleriya atəşinə məruz qaldıq" - Zərərçəkmiş şəxs

Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcərdə olub - FOTOLAR

Dövlət Komitəsinin “qaynar xətt”inə 6 minə yaxın müraciət daxil olub

Qeydiyyatda olan pensiyaçıların sayı artıb
