Unun topdansatış qiymətləri açıqlandı

Avqustun 25-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 26,5-27 manat civarında dəyişib.
Adalet.az bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
"Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 25,8 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28 manat olmaqla Gəncə şəhərində qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, avqustun 18-də də Azərbaycanda unun topdansatış qiymətləri yuxarıdakı kimi olub.
Digər Xəbərlər

Rövşən Rzayev Daşkəsəndə vətəndaşları qəbul edib - FOTOLAR

Dalğıc kurslarının buraxılış mərasimi keçirildi - VİDEO

AQTA 19 litrlik qablaşdırılmış suda uyğunsuzluq aşkarladı

"Laçından keçəndə Gorus tərəfdən artilleriya atəşinə məruz qaldıq" - Zərərçəkmiş şəxs

Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcərdə olub - FOTOLAR

Dövlət Komitəsinin “qaynar xətt”inə 6 minə yaxın müraciət daxil olub

Qeydiyyatda olan pensiyaçıların sayı artıb
