Ticarət obyektləri niyə yanır? - Vətəndaş səhlənkarlığı, yoxsa, qorunma yetərsizliyi?
Bildiyiniz kimi, ötən gündən "Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda yanğın hadisəsi baş verib. Ölkə əhalisinin ən sıx alış-veriş etdiyi ticarət mərkəzlərinin yanması ürəkaçan hal deyil!
Deputat Vüqar Bayramov deyib ki, bu, son 8 ildə sözügedən ticarət mərkəzində onuncu belə hadisə idi. Aydındır ki, bu dəfə də sahibkarlara xeyili ziyan dəyib".
Məlumatlarda 13 nəfərin tüstüdən zəhərləndiyi deyilir.
Ölkədə demək olar ki, yanğınların ard arası kəsilmir. Ticarət obyektlərinin yanması isə artıq vərdiş şəklini alıb. 2025-ci ildə yanğın hadisə iki dəfə olub: Bir ötən gün, bir də 30 iyulda! Həmin gün yanğın “Sədərək” ticarət mərkəzinin ərazisində 3 kvadratmetr sahədə divar üzlüyünü əhatə edib.Yanğın qısa müddətdə söndürülüb və genişlənməsinin qarşısı alınıb.
2024-cü il də Sədərək üçün xoş olmayıb. 15 İyun da Qaradağ rayonunda yerləşən ticarət mərkəzinin ərazisində ümumi sahəsi 50 m² olan tikinti materialları anbarının qarşısına yığılan plastik borular və digər obyektdə ümumi sahəsi 200 m² olan anbarın 2 ədəd plastikdən ibarət pəncərəsi və 5 m² sahədə dam örtüyü yanıb. Amma Sədərəkdə ən çox yanğın 2023-cü ilin payına düşür: Yanvar ayı - “Sədərək” ticarət mərkəzində 27 mağaza yanıb. 30 avqust- səhər saatlarında ticarət mərkəzinin 9 və 10-cu sıralarındakı mağazaların birində yanğın qeydə alınıb.
2022-ci ilin oktyabrında "Sədərək" Ticarət Mərkəzinin alovları göylərə bülənd oldu. Əvvəlki illərdə də Sədərəkdə yanğınlar baş verib.
Böyük obyektlərin qorunması düzgün təmin edilməyəndə və insanların səhlənkarlığına nəzarət edilməyəndə belə yanğınların baş verməsi intensiv baş verəcək.
Əntiqə Rəşid
Digər Xəbərlər
25 Noyabr 2025 11:41
“Onu ilk dəfədir belə şux görürəm...” – Tanınmış jurnalistin atası da Zəngilana qayıtdı - FOTO
25 Noyabr 2025 11:03
Naxçıvan Perinatal Mərkəzin direktoru nöqsanlara görə işdən çıxarıldı
25 Noyabr 2025 10:27
Kəlbəcər Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq
24 Noyabr 2025 13:25
Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı maarifləndirilib
24 Noyabr 2025 12:15
Sədərəkdə 15 yaşlı qızı ərə vermək istədilər
24 Noyabr 2025 10:33
“Din xadimlərinin də görüşünü təşkil etmək sülh prosesinə töhfə verə bilər...” - İlahiyyatçı
24 Noyabr 2025 10:04
Azərbaycanda bu şəxslər cərimələnəcək
24 Noyabr 2025 10:03


Bakı -°C

