15 Avqust 2024 12:45
1266
ŞOU-BİZNES

Damla: “Mənə lağ edənlərə cavab vermirəm”

Müğənni  Damla onun sənətini qeyri-ciddi hesab edənlərə səsləndi.

Adalet.az  xəbər verir ki, müğənni heç kəsə hörmətsizlik etmədiyini qətiyyətlə söyləyib: “ İndiyə kimi heç kəsin işinə qeyri-ciddi yanaşmamışam. Kiminsə işinə qeyri-ciddi yanaşmaq hörmətsizlikdir. İnsan hər şeydən əvvəl insan olmağı bacarmalıdır. Kimisə əzməklə heç vaxt yüksəlmək olmur. Bu mümkün deyil.  Haqq var, ədalət var. İnsan öz əməllərini yaşayır. Mənə lağ edənlərə belə cavab vermədim. Düşünürəm ki, onlara cavab vermək vaxt itkisidir”.

Əntiqə